BAYRAQDAR MEDİA – Yanvarın 9-da Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, Antonio Koşta məlum təyyarə qəzası ilə bağlı başsağlığını çatdırıb, təmsil etdiyi qurumun qəzanın hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib.
O da bildirilir ki, söhbət zamanı Azərbaycan ilə AB arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa Birliyinə üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu telefon danışığı ilə bağlı Antonio Koşta sosial media hesabında paylaşım da edib. O, başsağlığı və təyyarə olayının araşdırılmasına dəstək ifadə etməklə bərabər maraqlı bir ayrıntıya da yer verib.
Antonio Koşta yazır: “AB-Azərbaycan münasibətlərinin genişləndirilməsini də müzakirə etdik. Bizim iş birliyimizi gücləndirmək üçün tezliklə Prezident Əliyevlə görüşməyi gözləməkdəyəm”.
In my phone call with Azerbaijan President Aliyev @presidentaz I expressed EU’s heartfelt condolences to the families of the victims, the Azerbaijani people and the government for the tragic loss of AZAL flight 8243. EU supports impartial and transparent investigation of the…
— António Costa (@eucopresident) January 9, 2025
Göründüyü kimi, AB Şurasının yeni Prezidenti Azərbaycanla qurum arasında münasibətlərin normallaşması siqnalı verir. Yəni bundan sonrakı mərhələdə onun Azərbaycana səfərini, yaxud da başqa bir məkanda Prezident İlham Əliyevlə görüşünü proqnozlaşdıra bilərik.
Amma diqqətimizi çəkən başqa bir məqam da var. Ona toxunmazdan öncə təyyarə olayı ilə bağlı Azərbaycandakı və ondan kənardakı radikal-pozucu kəsimin ortaya atdığı bir ayrıntını xatırlatmaq istərdik.
Hər kəsin yadında olar, bu kəsim iddia edirdi ki, quru sərhədlər açıq olsaydı guya bu təyyarə olayı da olmaz və insanlar həlak olmazdı. Yəni bunlar bu mənasız iddia ətrafında siyasi manipulyasiya edir, ictimai rəyi çaşdıraraq ölkə içində narazılığı körükləndirməyə çalışırdılar.
Onda biz deyirdik və bu gün də o fikirdəyik ki, belə iddialar əsasında siyasi təbliğat quranlar ermənilərlə – onların təbliğat mərkəzləri ilə eyni qabdan su içir. Bu fikrimizə görə az söyülmədik. Amma haqlı olduğumuzda israrlı idik, indi də israrlıyıq.
Ermənilər də bizim radikallar kimi danışır…
İndi kimsə çıxıb deyə bilər ki, Antonio Koştanın zəngi ilə bu məsələnin nə əlaqəsi var?
Var, özü də heç cür təkzib edilə bilməyəcək əlaqəsi!
Ermənilərin ən fəal təbliğatçıları Antonio Koştanı sözügedən paylaşımın altında topa tutur. Onu İlham Əliyevlə əlaqəyə görə qınayır, ağıllarına və ağızlarına gələni yazırlar.
Yazsınlar. Onsuz da həmişə yazıblar, deyiblər, belə də davam edəcəklər.
Bizim üçün maraqlı olan ermənilərin bu davranışı deyil. Maraqlı olan odur ki, bu erməni təbliğatçılarının sözləri Azərbaycanın radikal və antimilli təbliğat dəstələrinin üzvlərinin fikirləri ilə üst-üstə düşür!
Hətta deyərdik ki, bunlar öz tezislərini hansısa ortaq mərkəzdən alır, eyni üsulla da Azərbaycan dövlətinə qarşı hücuma keçir!
Buyurun, Antonio Koştanın məlum paylaşımının altında yetərincə fəal bir erməni təbliğatçısının yazdığının tərcüməsini oxuyun: “Bu araşdırma onu da aşkar etməlidir ki, əgər Əliyev quru sərhədlərini bağlamasaydı daha az sərnişin uçmuş ola bilərdi; sərhədlərin yenidən açılmasını tələb edin”.
Yəni bu erməni təbliğatçısı da bizim radikallar kimi iddia edir ki, quru sərhədlər açıq olsaydı guya daha az adam o təyyarə ilə uçardı və daha az adam ölmüş olardı!
Görürsünüzmü, ermənilər necə də bizim insanımızın “qayğısına qalır”?..
Hələ mən sadəcə bir başsağlığı zənginə görə Avropa rəsmisinin topa tutulmasını demirəm! Ermənilər narahatdır, başa düşürük. Bəs bizdən olub erməni kimi davrananlarla bağlı nə deyək? Məgər Azərbaycanın Avropa Birliyi də daxil olmaqla beynəlxalq qurumlar və xarici dövlətlərlə iş birliyi etməsi, əlaqələrini möhkəmləndirməsi lap elə siz müxalif-radikallara lazım deyilmi? Elə isə niyə Avropaya inteqrasiyadan danışırsınız ikidə bir?
Bir daha deyirik, bizim radikal-müxalif kəsimdə bir dəstə var ki, onlar ermənidən çox ermənilik edirlər. Həm də onların belə həmahəng davranışını ilk dəfə müşahidə etmirik. O qədər olub ki, belə birgə fəaliyyətləri…
İlk şərhi yaza bilərsiniz