Press "Enter" to skip to content

DSMF Ağdaşda ictimai dinləmə keçirəcək

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ağdaşda ictimai dinləmə keçiriləcək.

Fondun məlumatında deyilir ki, ictimai dinləmə Ucar və Ağdaşdan olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair keçiriləcək.

O da qeyd edilib ki, ictimai dinləmədə iştirak etmək istəyən vətəndaşlar DSMF-nin Ağdaş və Ucar rayonlarında yerləşən qəbul şöbələrinə yaxınlaşıb, eləcə də Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçə bilərlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.