Press "Enter" to skip to content

Bu, türk dünyası üçün yeni iqtisadi imkanlar deməkdir

Vüqar Bayramov

Vüqar Bayramov: Yeni ildə türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və bütövlükdə türk dövlətlərinin iqtisadi inkişafının sürətlənməsi müşahidə olunacaq

BAYRAQDAR MEDİA – “2025-ci il bütövlükdə türk dünyası üçün yeni imkanlar yaradacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2024-cü ildə xüsusi ilə türk dövlətləri arasında iqtisadi inteqrasiya müşahidə olunub: “Bu isə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında invessiya fondların yaradılması ilə nəticələnib. Türk dövlətləri arasında gömrük sisteminin sadələşdirilməsi ilə bağlı işlər həyata keçirilir ki, bu da nəticə etibarı ilə türk dünyası üçün yeni iqtisadi imkanlar deməkdir”.

Millət vəkili qeyd edib ki, bütün bunlar siyasi sahədə, beynəlxalq aləmdə atılan addımların davamı kimi sevindiricidir: “Eyni zamanda Orta Dəhlizin imkanlarının genişləndirilməsi də türk dünyası üçün iqtisadi inkişaf imkanlarını daha da genişləndirir. Bu kontekstdə 2025-ci il üçün gözlənti ondan ibarətdir ki, yeni ildə türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və bütövlükdə türk dövlətlərinin iqtisadi inkişafının sürətlənməsi müşahidə olunacaq. Bu isə təbii ki, daha güclü türk dünyası və daha inteqrasiya olunmuş, daha sıx əməkdaşlıq edən türk dövlətləri birliyi anlamına gəlir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.