BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan bu gün Denizliyə səfər edəcək. Bu arada isə bəlli olub ki, R.T.Erdoğan Aydın-Denizli avtomobil yolunun rəsmi açılışını da edəcək.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, nəqliyyat və İnfrastruktur Naziri Abdülkadir Uraloğlu Aydın-Denizli avtomobil yolunun rəsmi açılışının Recep Tayyip Erdoğanın iştirakı ilə keçiriləcəyini bildirib: “Nazir, 6 zolaqlı 140 kilometrlik əsas yol və 4 zolaqlı 23 kilometrlik əlaqə yolu daxil olmaqla, ümumi uzunluğu 163 kilometr olan bütün magistral yolu inşa etdiklərini deyib. Magistral yolunun birinci mərhələsinin Kocabaşdan başladığını, Pamukkale, Kumkısık, Sarayköy və Buharkent rayonlarından keçərək Kuyucaka çatdığını xatırladan nazir, əlavə edib ki, ikinci hissə Kuyucakdan başlayır Nazilli, Yenipazar, Köşk rayonlarından keçib Aydında bitir”.