BAYRAQDAR MEDİA – Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğramasından sonra yardım göstərən Qazaxıstanın bir sıra strukturlarının əməkdaşlarını mükafatlandırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İctimai Birlikdən daxil olub.
Xəbərdə deyilir ki, “mükafatlandırılanlar sırasında ilk yardıma gələn “Mangistau Regional Electric Grid Company” ASC başda olmaqla, təcili tibbi yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, morqda fəaliyyət göstərən tibb işçiləri, həkim travmatoloq və reanimataloq var.
Assosiasiya tərəfindən adı çəkilən strukturun əməkdaşlarına təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib, onlara göstərdikləri xidmətlərə görə minnətdarlıq ifadə olunub”.
İlk şərhi yaza bilərsiniz