BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Səbail, Nərimanov və Şabran rayon Yanğından Mühafizə hissələrində uşaqlar üçün “Açıq qapı” günü tədbirləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub”.
Sonra xəbərdə, “tədbirlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Kids Estate”, “Kangaroo” və Şabran rayonu ərazisində fəaliyyət göstərən “Cücələrim” uşaq bağçalarının azyaşlıları, həmçinin müəllim və tərbiyəçilər iştirak ediblər”.
Tədbir iştirakçılarına yanğınsöndürənlərin gündəlik rejim qaydası və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların ənənəvi məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Maraqla keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
İlk şərhi yaza bilərsiniz