BAYRAQDAR MEDİA – Denizlidə, Tavas Bələdiyyəsi vətəndaşların internetə çıxışını asanlaşdırmaq üçün pulsuz Wi-Fi xidməti tətbiq edib.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “bələdiyyə meydanında istifadəyə verilən tətbiq buna imkan verəcək. Mobil telefon nömrələri ilə sistemə qeydiyyatdan keçən istifadəçilər parol təyin etməklə limitsiz internetdən istifadə edə biləcəklər”.
Tavas Bələdiyyəsinin sədri Kadir Tatık, bununla bağlı verdiyi açıqlamada “Biz bələdiyyə meydanında pulsuz Wi-Fi xidmətimizə başladıq ki, vətəndaşlarımız informasiya və rəqəmsal dünyaya asanlıqla daxil ola bilsinlər. Biz xüsusilə gənclərimizin təhsilə və informasiyaya çıxışını dəstəkləməyi hədəfləyirik” deyib.
İlk şərhi yaza bilərsiniz