Press "Enter" to skip to content

Qazax Dövlət Dram Teatrı Milli Dram Teatrında

BAYRAQDAR MEDİA – “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrı Akademik Milli Dram Teatrının səhnəsində çıxış edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Dram Teatrının mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yanvarın 9-da Qazax Dövlət Dram Teatrının aktyorları tərəfindən Samuel Bekketin əsəri əsasında rejissor Abdulla Elşadlının quruluş verdiyi “Səmirsiz” tamaşası və Jalə İsmayılın əsəri əsasında Mirzə Nicatın quruluş verdiyi “Love butik” tamaşası nümayiş olunub”.

Qeyd edək ki, Milli Dram Teatrı sözügedən layihəyə oktyabrın 29-dan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə başlayıb.

Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, bölgə teatrlarında hazırlanan səhnə əsərlərini paytaxt tamaşaçılarına təqdim etməkdir.

10 mart – Milli Teatr Gününə qədər davam edəcək yeni layihə Naxçıvan, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Füzuli, Qusar, Qax, Qazax, Ağdam teatrlarını əhatə edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.