Press "Enter" to skip to content

Prezident Tehranın inkişaf imkanının olmadığını bildirdi

BAYRAQDAR MEDİA – Yanvarın 8-də ölkənin müxtəlif və çoxsaylı problemlərinə toxunan İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının indiki inkişafının yanlış prosesinin tez bir zamanda düzgün proseslə əvəz edilməsinin vacibliyini bildirərək deyib: “Biz ölkənin akademik kadrlarından bu istiqamətdə ən uğurlu yardımı istəməliyik”.

Xəbəri “Azad İran” Telegram kanalı ISNA-ya istinadla yayımlayıb.

Bildirilib ki, İran Prezidentinin sözlərinə görə, Tehranın artıq inkişaf etmək imkanı yoxdur. Eyni zamanda, ölkədə orta elektrik enerjisi və qaz istehlakı çox yüksəkdir. M.Pezeşkian İranda müəllimlərin vəziyyətindən də söz açaraq deyib: “Çalışacağıq ki, müəllimlərin yaşayış problemlərini, xüsusilə də mənzil çətinliklərini həll edək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.