BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Kıbrıs Elektrik Mühendisleri Odası tərəfindən təşkil edilən yeni il tədbirinə qatılıb. Mərasimdəki çıxışında E.Tatar bir sıra maraqlı məqamlara toxunub.
Bu barədə halkinsesikibris.com saytı məlumat yayıb.
Məlumata görə, artan enerji ehtiyacını qarşılamaq üçün bərpa olunan enerji texnologiyalarından istifadə edilməsi lazım olduğuna diqqət çəkən E.Tatar, günəşdən elektrik istehsalının əhəmiyyətinə diqqət çəkib: “Ersin Tatar bildirib ki, elektrik mühəndislərinin bərpa olunan enerji və günəş enerjisi üzərində çalışması ölkənin inkişafında son dərəcə vacibdir. Günəşdən əldə edilən elektrik enerjisindən istifadə etmək üçün yanacaq istifadəsindən imtina edilməsinin və elektrik enerjisinin kabellə Türkiyədən gətirilməsinin vacibliyinə diqqət çəkən Ersin Tatar, Kıbrısdakı enerji probleminin həlli üçün rum tərəfinə təklif etdiklərini bildirib”.
İlk şərhi yaza bilərsiniz