Press "Enter" to skip to content

Donald Trampın ikinci prezidentliyi dönəmindən gözləntilər

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: ABŞ dünyada əldə etdiyi nailiyyətləri daha da artırmaq siyasəti həyata keçirəcək

BAYRAQDAR MEDİA – “Təbii ki, Donald Trampın ikinci prezidentliyi dönəmində ABŞ dünyada əldə etdiyi nailiyyətləri daha da artırmaq siyasəti həyata keçirəcək. Yəni, ABŞ yeni dönəmdə Avropa Birliyi ölkələrini və dünyanın digər dövlətlərini öz təsir dairəsinə daha çox salmaq, NATO-nun üzvü olan ölkələrin hərbi xərclərini artıraraq bu günə kimi Birləşmiş Ştatların çiyninə yüklənən NATO xərclərini onların üzərinə də qoymaq, Rusiya-Ukrayna müharibəsini bitirərək bölgədəki gərginliyi azaltmaq, Qafqazlarda Rusiyanın təsir dairəsini azaltmaq və bərabərsəviyyəli təsir imkanlarının yaradılmasına nail olmaq, Orta Doğunu İsrailin də xeyrinə olacaq şəkildə yeni dizayn etmək üçün, həmçinin Panama kanalı, Kanada, Alyaska və Qrenlandiya kimi yerlərdə qlobal hakimiyyətin davamı olan məqamlarla bağlı addımlar atacaqdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.

Onun sözlərinə görə Donald Trampın ikinci prezidentliyi dönəmindəki ABŞ öz daxilindəki problemlərin həllinə yönəlik siyasətə də üstünlük verəcək: “Ən nəhayət, Çinin qlobal iqtisadi güc mərkəzi olmasına mane olmaq üçün addımlar atılacaq. Eyni zamanda, bu kontekstdə Rusiyanı zəiflətmək siyasəti davam etdiriləcək. Çünki Rusiyanı zəiflətməklə eyni zamanda Çinin güclənməsinin qarşısı alınmış olacaq. Birləşmiş Ştatlar Asiyada Güney Koreya və Yaponiyanı dəstəkləməklə Çinə qarşı əlini gücləndirmiş olacaq”.

Dr. Y.Karauz deyib ki, Tayvanla bağlı siyasətin önə çıxarılması, həmçinin Hindistanla yaxnlaşma da müşahidə ediləcək: “Təbii ki, əsas məqsəd Çinin güclənməsinə əngəl olmaqdır. Yəni bütün addımlaırn kökündə Çinin zəiflədilməsi siyasəti dayanacaq”.

Türkiyəli general onu da vurğulayıb ki, ABŞ-ın Donald Trampın ikinci hakimiyyəti dönəmində Güney Qafqaza, ümumiyyətlə Qafqazlara diqqətinin yenidən artacağını da gözləmək olar: “Hesab edirəm ki, Birləşmiş Ştatların yeni dönəmdəki əsas problemlərindən biri də Türkiyə ilə siyasətlə bağlı olacaq. Çünki Türkiyə ilə münasibətlər hazırda nəzarətdən çıxmış bir hala gəlib çatıbdır və bu olduqca narahatedicidir. D.Tramp bütün ölkələrin öz iradəsinə boyun əyməsini istəyir. Buna görə də regional güc halına gələ Türkiyə kimi ölkələri də Birləşmiş Ştatlar öz təsiri altına salmaq üçün cəhd edəcək”.

Müsahibimiz sonda onu vurğulayıb ki, Azərbaycan-Birləşmiş Ştatlar münasibətində Bayden dönəmindən fərqli olaraq daha sağlam və daha açıq bir siyasət həyata keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.