BAYRAQDAR MEDİA – Hazırda 51-ci Xalq Məclisi çərçivəsində hökumətin qurulması ilə bağlı danışıqlar yenilənməyib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumatda deyilir ki, keçən həftənin sonunda GERB-dən Rosen Jelyaskovun baş nazir postuna namizədliyini DB-nin qəbul etməməsi səbəbindən GERB-SDS DB, BSP və İTN ilə danışıqları bitirib: “Bolqarıstan Milli Radiosu BNR-ə danışan “BSP-Obedinena Levitsa”nümayəndəsi Manol Genov danışıqların yenilənməsi üçün hələlik heç bir dəvət almadıqlarını təsdiqləyib. O, razılaşmanın tamamlanmaq üzrə olduğunu, lakin baş nazir namizədliyi ilə bağlı razılıq əldə oluna bilmədiyi üçün ləğv edildiyini bildirib”.
İlk şərhi yaza bilərsiniz