BAYRQDAR MEDİA – 2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “ötən il ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib. 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac edilib. Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilmişdi. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6 fazi, dəyəri isə 8,3 faiz artıb”.
İlk şərhi yaza bilərsiniz