Press "Enter" to skip to content

“Vecon Consulting”in müştərilərinin sayı 24 faiz artıb

Şirkətin regionlar nümayəndəliklərinin sayı 15-ə çatdırılıb

BAYRAQDAR MEDİA – “2024-cü ildə “Vecon Consulting” şirkətin tərəfdaşlarının sayında ciddi artım qeydə alınıb. 2023-cü ilə nisbətən bu il şirkətin yeni müştərilərinin sayı 24 faiz artıb”.

Bunu açıqlamasında şirkətin təsisçisi Vüqar Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bankların 17-si, faiz nisbəti ilə 74 faizi şirkətin partnyorudur: “Şirkətin qiymətləndirmə hesabatları isə bütün banklar tərəfindən qəbul edilir. Xarici partnyorların sayı isə 3-ə yüksəlib. Rusiyanın Beynəlxalq Qiymətləndirmə Mərkəzi, Türkiyənin tanınmış EVA Gayrimenkul Degerleme şirkətindən sonra Ukraynanın UVEKON şirkəti ilə əməkdaşlığa başlanılıb. Şirkətin müvəkkil təşkilatı olduğu Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müraciətlərin sayı 35 faiz artıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə müraciətlərin sayında isə ötən ildə olduğu kimi azalma baş verib – 4,7 faiz. “Vecon Consulting” in daimi partnyorlarının yenidən müraciət sayında 29,5 faiz artım qeydə alınıb”.

V.Oruc, həmçinin “şirkətin regionlar nümayəndəliklərinin sırasına daha 2 nümayəndəlik əlavə olunaraq onların sayı 13-dən 15-ə çatdırılıb. “Vecon Consulting” Azərbaycanın bölgələrinin 100 faizində təmsilçilik hüququnu qoruyub. Hazırda digər qiymətləndirmə şirkətləri də bu nümayəndələrin xidmətindən yararlanır. Bu isə ölkəmizin qiymətləndirmə sektorunda yeganə faktoloji göstəricidir. Qiymətləndirmə şirkətləri içərisində peşə riskinin sığortalanmasını həyata keçirən ilk şirkətlərdən olan “Vecon Consulting” şirkəti 2024-cü ildə sığorta təminatını 1,5 milyon manata yüksəldib” deyib.

Xatırladaq ki, “Vecon Consulting” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb. Şirkət tanınmış “JSC International Valuation Centre”, EVA Gayrimenkul Degerleme və Uvekon şirkətlərinin ölkəmizdəki partnyorudur. Şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “Vecon Consulting” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür. Şirkətin təsisçisi və direktoru Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, tanınmış iqtisadçı ekspertdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.