Press "Enter" to skip to content

“Vecon Consulting” 2024-cü ili də uğurla başa vurub

Vüqar Oruc

Vüqar Oruc: 2024-cü ildə şirkətin iş portfeli 2023-cü il ilə müqayisədə 17,2 faiz artıb

BAYRAQDAR MEDİA – Azərbaycanin aparıcı qiymətləndirmə şirkətlərindən olan “Vecon Consulting” 2024-cü ili də uğurla başa vurub.

Bunu şirkətin təsisçisi Vüqar Oruc deyib.

Onun sözlərinə görə, 2024-cü ildə şirkətin iş portfeli 2023-cü il ilə müqayisədə 17,2 faiz artıb: “Belə ki, qiymətləndirilən mənzillərin sayı 613-dən 806-a, fərdi yaşayış evlərinin sayı 336-dan 389-a, torpaq sahələri 149-dan 226-a, texnika və digər daşınar əmlak 88-dən 147-ə, biznes və müəssisə 3-dən 15-ə yüksəlib”.

V.Oruc bildirib ki, mal qalıqları və əsas vasitələrin sayında 100 faiz artım qeydə alınıb: “Qeyri-yaşayış binaları və əmlak komplekslərində isə azalma baş verərək, 388-dən 262-ə enib. Ümumilikdə qiymətləndirmə obyektlərinin sayı 1581-dən 1853-ə yüksəlib. Şirkətin dövriyyəsi 5,6 faiz artıb. Müvafiq olaraq şirkətin xərcləri 7,9 faiz, mənfəəti isə 9,6 faiz artıb”.

Bildirilib ki, yola saldığımız ildə “Vecon Consulting”in işçilərinin sayında da artım olub: “Bu da öz növbəsində 20 faiz təşkil edib. İşçilər arasında keyfiyyət şəhadətnaməsinin yüksəldilməsi istiqamətində ciddi nəticə qeydə alınıb: şirkətin 6 mütəxəssisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarında uğurlu nəticə göstərərək 4 istiqamət üzrə Şəhadətnaməyə layiq görülüb, peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən kurslarda isə 8 işçi 15 sertifikatla təltif edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.