BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan yanvarın 8-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Bildirilir ki, söhbət zamanı iki qardaş ölkə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Recep Tayyip Erdoğan iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət – iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. O, ölkəsinin Güney Qafqazda davamlı sülhün əldə edilməsinə tam dəstək verdiyini deyib, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.
“Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin “Bir millət – iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb”, – deyə xəbərdə bildirilir.
Tərəflər 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıb, həmçinin təmasların davam etdirilməsi vacibliyini qeyd ediblər.
İlk şərhi yaza bilərsiniz