BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Qeyd edək ki, yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin zirzəmisində 60 m² sahədə ev əşyaları və zirzəminin tavanı 12 m² sahədə yanıb.
Otaqlar yanğından mühafizə olunub.