Press "Enter" to skip to content

Rusiya və İran tezliklə dağılacaq – VİDEO

Rusiyanın yerində qurulacaq dövlətlər

BAYRAQDAR MEDİA – Azərbaycan təyyarəsinin Rusiyada – Çeçenistanın paytaxtı Qroznı üzərində vurulması növbəti dəfə müzakirə edilib.

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı yanvarın 7-də Media Türk TV-də Heydər İsmayılın suallarını cavablandırıb. O, 2024-cü il dekabrın 25-də təyyarənin vurulması xəbərindən dərhal sonra araşdırmalara başladığını, prosesi diqqətlə və yaxından izlədiyini deyib.

Azər Həsrət daha sonra TV Musavatın canlı efirində Emil Salamoğlunun həmsöhbəti olub. O, burada da eyni mövzu ilə bağlı fikirlərini səsləndirib.

Ümumiyyətlə isə siyasi şərhçi hər iki kanalda qardaş Türkiyə, Yaxın Şərq, Rusiyanın Ukraynaya təcavüzü, Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-İran münasibətləri, Qərbin Azərbaycana münasibəti, türk dünyası və Güney Azərbaycan məsələsi, həmçinin Rusiyanın və İranın gələcəyi ilə bağlı fikirlərə geniş yer verib.

Azər Həsrət əminliklə bildirib ki, Rusiya və İran dünyanın başına bəla olduğu üçün hər ikisi məhvə məhkumdur və tezliklə onların yerində çoxsaylı yeni müstəqil dövlətlər yaranacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.