Qazaxıstan və Özbəkistan arasında iki mərhələli dəmir yolu layihəsi reallaşacaq
BAYRAQDAR MEDİA – Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu xətti çəkiləcək.
Bu barədə Qazaxıstan Milli Dəmir Yolu Şirkətinə (KTZH) istinadən Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, 2027-ci ildə istifadəyə veriləcək dəmir yolu xətti iki ölkə arasında ixrac həcmini artıracaq: “Bundan əlavə, iki ayrı layihədən ibarət olan dəmir yolu xətti sərnişin qatarlarının hərəkətini də azaldacaq. İlk layihə Sarıağaş-Daşkənd dəmir yolu üzərində tikiləcək və Sarıağaş stansiyasındakı sıxlığı aradan qaldıracaq”.
Qeyd edilib ki, ikinci layihə Darbaza və Maktaaral xəttinin iki ucqar ərazisi olan Maktaaralsky və Jetisu-nu Qazaxıstanın qalan hissəsi ilə birləşdirəcək: “286 milyard tengelik sərmayə ilə tikiləcək yeni dəmir yolu layihəsində 46 ədəd yol tikinti texnikasından istifadə edilir və layihəyə 70-dən çox insan cəlb olunur. Bundan əlavə, dəmir yolu layihəsi 3400 nəfəri işlə təmin edəcək. Dəmir yolu layihəsində Qazaxıstanın payının 85 faiz olduğu, dəmir yolu tikintisində istifadə olunan materialların yerli istehsal olduğu da vurğulanıb”.
İlk şərhi yaza bilərsiniz