BAYRAQDAR MEDİA – İranın Vətəndaşlıq Qeydiyyatı İdarəsinin rəsmiləri Qəzvinli Xələc türkü olan azyaşlıya Atakan adı ilə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə əsasən, uşaq 30 aydır ki, şəhadətnaməsiz qalıb. Bu barədə Atakanın atası Əlirza Əfşar “Balamın adı” kampaniyasına müsahibəsində deyib:
“Oğlumuz 2 il 6 ay öncə İstanbul şəhərində dünyaya gəlib. Biz ona Atakan adını seçdik. Oğlumuz dünyaya gələndə biz İstanbulda işləyirdik və xahişimizlə xəstəxana ona şəhadətnamə verdi. Türkiyə hökuməti də pasport verib. Şəhadətnamə almaq üçün İstanbuldakı İran konsulluğuna getdiyimiz zaman rəsmilər dedilər ki, Atakan yad addır, onu seçə bilməzsiniz, gedin iranlı adı seçin. Nə qədər israr etsək də bu adı qəbul etmədilər. Qəzvin Qeydiyyat İdarəsində isə bizə “bu, türk adıdır və qanunsuzdur” dedilər”.
Ə.Əfşar bildirib ki, Atakan xarici ölkə vətəndaşıdır, lakin şəhadətnamə ala bilmədikləri üçün uşağa peyvənd vurulmur.
İlk şərhi yaza bilərsiniz