Press "Enter" to skip to content

Güney Azərbaycanlı ekoloq Urmu gölü haqqında

Əhməd Bayburdi

BAYRAQDAR MEDİA – Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təhsil Mərkəzi elmi heyətinin üzvü Əhməd Bayburdi Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib ki, müxtəlif amillər nəticəsində Urmu gölünün quruması prosesi 90-cı illərdən başlayıb və gölün qurumasında 70 faiz insan amili, 30 faiz isə iqlim və təbii amillərin rolu olub.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Bildirilib ki, Ə.Bayburdi üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çox sayda quyuların qazılması, gölü qidalandıran çayların üzərində bəndlərin tikilməsi və gölün ortasında keçidin inşasını Urmiya gölünün qurumasına təsir edən əsas amillər adlandırıb.

Ekoloq digər tərəfdən gölün suyunun buxarlanma sürətinin yüksək olduğuna da diqqət çəkib və bildirib ki, buxarlanmanın qarşısı alınmasa, su axını artsa belə, Urmu gölü bərpa oluna bilməyəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.