BAYRAQDAR MEDİA – Eskişehir Mikroavtobus İşletmecileri Odası Başçısı Coşkun Güvenç mikroavtobuslarda “Uyğun yerdə enə bilərəmmi” dövrünün bitəcəyini söyləyib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, C.Güvenç, Böyükşəhər Bələdiyyəsi ilə birlikdə bununla bağlı işlər təşkil etdiklərini söyləyib: “Böyükşəhər Bələdiyyəsi ilə birlikdə marşrutlar təşkil edildi və dayanacaq yerləri dəqiqləşdirildi. Dayanacaqlar nişanlar və işarələrlə aydınlaşdırılacaq. Artıq mikroavtobuslarda “Uyğun yerdə enə bilərəmmi?” deyilməyəck. Bu tələblər aradan qaldırılacaq, dayanacaqlarda aydın şəkildə minmə və enmə qaydaları təmin ediləcək”.
İlk şərhi yaza bilərsiniz