Press "Enter" to skip to content

Bu, ölkə vətəndaşlarına münasibəti bir daha nümayiş etdirdi

Vüqar İskəndərov

Vüqar İskəndərov: Həyatın istənilən şəraitində vətəndaşlarımızn arxasında güclü Azərbaycan dövləti dayanır

BAYRAQDAR MEDİA – “Azərbaycan dövləti hər bir vətəndaşın qayğısına qalır və istənilən şəraitdə vətəndaşın yanındadır. Bu danılmaz bir bir həqiqətdir. Biz eyni yanaşmanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin sərnişinlərinə və ekipaj üzvlərinə münasibətdə bir daha gördük”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, bildirib ki, Rusiya tərəfindən qəzanın səbəbinin başqa yerə yozulmaq cəhdlərinə baxmayaraq Azərbaycan dövləti öz qətiyyətli mövqeyini ortaya qoydu: “Cənab Prezident həm qəza günü keçirilən müşavirədə, həm də sonrakı günlərdə verdiyi müsahibə və çıxışlarda günahkarların cəzalandırılmasını, Azərbaycan dövlətindən və xalqından üzr istənilməsini haqlı tələb kimi bəyan etdi. Eyni zamanda, pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının Sərəncamı ilə ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü – iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Hazırda da məsələ Azərbaycan dövlətinin diqqət mərkəzindədir və dövlət başçısının “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı bəyan etdiyi kimi Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq”.

Deputatın sözlərinə görə, bu hadisə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ölkə vətəndaşlarına münasibətini bir daha nümayiş etdirdi: “Bütün dünya Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin hadisənin ilk anlarından etibarən vətəndaşlarımızın yanında olduğunun şahidi oldu. Bir daha bəlli oldu ki, həyatın istənilən şəraitində vətəndaşlarımızn arxasında güclü Azərbaycan dövləti dayanır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.