Press "Enter" to skip to content

Avropa Birliyinin nümayəndəsi İlham Əliyevin qəbulunda

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev yanvarın 8-də Avropa Birliyinin Güney Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilir ki, “Maqdalena Qrono yeni vəzifədə dövlətimizin başçısı tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə etdi. O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirdi”.

Qonaq Azərbaycanın AB-nin vacib tərəfdaşı olduğunu deyib və vurğulayıb ki, Birlik Güney Qafqazda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.

Maqdalena Qrono Azərbaycanın region və onun hüdudlarından kənarda əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa Birliyi ilə ikitərəfli dialoqun önəmini vurğulayıb: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi”ni qeyd edib.

İlham Əliyev də öz növbəsində Azərbaycanla AB arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğulayıb. Söhbət əsnasında tərəflər arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulub.

Dövlət başçısı Azərbaycanın Güney Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib. O, Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Görüşdə tərəflər arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.