Press "Enter" to skip to content

2024-cü ildə körpələrə ən çox qoyulan adlar

Sofiya

BAYRAQDAR MEDİA – NSI Milli Statistika İnstitutunun məlumatına görə, 2024-cü ildə Bolqarıstanda ən çox yayılmış adlar Georgi (140 818) və Mariya (100 651) olub.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata əsasən, onların ardınca İvan və İvanka, sonra Dimitar və Yelena gəlir: “Keçən il körpələrə ən çox qoyulan adlar Viktoriya və Georgi, ikinci yerdə isə Mariya və İskəndər olub. Üçüncü yerdə isə Sofiya və Martin qərarlaşıb”.

Milli Statistika İnstitutu NSI tərəfindən xüsusi olaraq Bolqarıstan Radiosuna edilən şərhdə, 2024-cü ildə Bolqarıstanda yeni doğulan körpələr üçün ən çox seçilən Türk-Müsəlman adlarının oğlanlar üçün Aras (88), Ayaz (82) və Emir (80) olduğu ifadə edilib: “Qızların ad seçimində ilk üç yerdə Melek (67), Azra (56) və Elif (53) qərarlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.