Press "Enter" to skip to content

Yeni qaydalar qüvvəyə minib

Dövlət Miqrasiya Xidməti

Son yeniləmə: 7 Yanvar 2025 10:39

BAYRAQDR MEDİA – “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561nömrəli Qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn RusiyaFederasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz”.

Dövlət Miqrasiya Xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, il ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Məlumata görə, 1 yanvar 2025-ci il tarixindən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərinbu tələbə əməl etmələri zəruridir: “Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə – pr@migration.gov.az e-maili vasitəsilə müraciət edə bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.