Press "Enter" to skip to content

Tədbirlər ləğv edilib

İrfan Doruk

Son yeniləmə: 7 Yanvar 2025 12:23

BAYRAQDAR MEDİA – Manisa Çukurovalılar Dərnəyi Ferdi Tayfurun vəfatı ilə əlaqədar tədbirləri ləğv edib.

Bu barədə manisamedya.com saytı məlumat yayıb.

Məlumata görə, Manisa Çukurovalılar Dərnəyinin başqanı İrfan Doruk bununla bağlı açıqlama verib: “Açıqlamada deyilir ki, Dərnəyin təşkil etməyi planlaşdırdığı 5 yanvar Adananın Qurtuluş Günü və 7 yanvar Osmaniyenin Qurtuluş Günü tədbirləri ləğv edilib. Birliyin bu qərarı həmyerliləri, tanınmış sənətçi Ferdi Tayfurun vəfatı ilə əlaqədar idarə heyəti tərəfindən yekdilliklə qəbul edilib”.

İrfan Doruk açıqlamasında bildirib ki, dərnəyin keçirdiyi tədbirlərə ciddi hazırlıq görülsə də, bu qərarı Ferdi Tayfurun pərəstişkarlarına və bütün cəmiyyətə hörmət etmək üçün qəbul edib. O, yaxın aylarda dərnəyin müxtəlif tədbirlər keçirəcəyini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.