BAYRAQDAR MEDİA – Yanvarın 10-u saat 19:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Əməkdar rəssam Sabina Şıxlinskayanın müəllif kursu olan YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin birillik nəzəri kursun uğurlu yekun nəticəsində ərsəyə gətirdikləri “Sonluqdan sonsuzluğa” adlı final sərgisinin açılışı olacaq.
Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “unikal və rəngarəng multimedia şousundan ibarət bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində S.Şıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır”.
Qeyd edək ki, arzu edən şəxslər açılışda iştirak edə bilər.
İlk şərhi yaza bilərsiniz