BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 2-də Zərdab şəhərində vətəndaşları qəbul edəcək.
Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 16 yanvar (saat 18:00-dək) tarixinədək ETN-in Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür”.