Press "Enter" to skip to content

İran 1 ildə ən azı 900 nəfəri edam edib

BAYRAQDAR MEDİA – Yanvarın 7-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk 2024-cü ildə İranda ən azı 901 nəfərin edam olunduğunu açıqlayıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilib ki, dekabrda cəmi bir həftə ərzində İranda 40-a yaxın insan dar ağacından asılıb. Volker Türk deyib ki, “İranda edam hökmlərinin sayı ildən-ilə artır. İranın bu edam dalğasına son qoymasının vaxtı çatıb”.

BMT-nin məlumatına görə, ötən il İranda edamların əksəriyyəti narkotik cinayətləri və qətllərlə bağlı olub. Bununla belə, edam edilənlər arasında 2022-ci il xalq etirazları ilə əlaqəli vətəndaşlar da var. İran İslam Respublikası dünyada ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yerdədir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.