Son yeniləmə: 8 Yanvar 2025 09:20
BAYRAQDAR MEDİA – 2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 6 min 410 zəng qəbul edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Enerketika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “daxil olan zənglərin 5 min 425-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 449-u təşəkkür xarakterli, 536-sı isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.
Qeyd edilib ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.
İlk şərhi yaza bilərsiniz