BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 8-9-da Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edəcək.
Bu barədə gundemkibris.com saytı məlumat yayıb.
Məlumata görə, Orta Doğudakı hadisələr və Suriyadakı son vəziyyətin ardından Hakan Fidanın KKTC-yə səfəri “Kuzey Kıbrıs Türk Cümhuriyyətinə verilən önəm” kimi qiymətləndirilib.
Məlumatda deyilir ki, səfər çərçivəsində iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyi və regional məsələlərin müzakirə olunacağı gözlənilir.