Press "Enter" to skip to content

Fars-molla rejimi antitürk siyasətindən əl çəkməlidir

Məcid Cavadi

Son yeniləmə: 7 Yanvar 2025 12:18

Məcid Cavadi: Əks təqdirdə İranı daha da pis durum gözləyir

BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi Güney Azərbaycana bağlı olan bir sıra təşkilatlar zaman-zaman bəyanat və müraciətlər qəbul ediblər. Bu bəyanat və müraciətlərdə İran hökümətindən Türkiyə və Azərbaycana qarşı düşmən siyasətindən əl çəkmək tələb olunub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Onun sözlərinə görə, bundan başqa həmin bəyanatlarda İranın daxilində başda Güney Azərbaycan türkləri olmaqla bir çox xalqların milli haqlarının tanınması, hüquqlarının təmin olunması ilə bağlı çağırışlar olub: “Lakin təəssüflər olsun ki, İranın mövcud fars-molla rejimi bu çağırışlara etinasız yanaşıb. Bu azmış kimi İranın mövcud rejimi daxili və xarici siyasətdə silsilə səhvlər buraxmaqda davam edir. Məhz bunun nəticəsidir ki, İran hazırda istər regional, istərsə də qlobal arenada təklənmiş durumdadır”.

M.Cavadinin sözlərinə görə, mövcud rejimin yanlış siyasəti nəticəsində İran hazırda Qəzzadan tutmuş Livana, Suriyaya, hətta Yəmənə qədər bir coğrafiyada məğlub durumdadır: “Bununla belə, fars-molla rejimi buraxılan səhvləri düzəltmək barədə düşünmür. Əksinə, hər keçən gün yanlış və aqressiv siyasətlə dövləti daha da çıxılmaz duruma salır. Buna misal olaraq mövcud rejimin yaxın qonşulara qarşı hədə-hədyan siyasətini göstərmək olar”.

Müsahibimiz deyib ki, rejim və ona bağlı ünsürlər Türkiyə və Azərbaycanın ünvanına hədyanlar yağdırmaqdadırlar: “Son vaxtlar bu hala daha çox rast gəlinir. Bunun da kökündə rejimin antitürk mahiyyəti, antitürk siyasəti dayanır. Bir yandan mövcud olduğu müddətdə daxildə və xaricdə antitürk siyasəti yürüdən fars-molla rejimi bunun üçün hesab veriləcəyi anın gəldiyini düşündükcə daha da aqressivləşir. Digər yandan isə türk dünyasının hər keçən gün daha da güclənməsi, o cümlədən İran əhalisinin 40 faizinin məhz türklərdən ibarət olması rejimi daha da dəliyə döndərir. Lakin, necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Fars-molla rejimi bir an öncə antitürk siyasətindən əl çəkməlidir. Çünki bu siyasət İranı daha da dalana dirəməkdən başqa bir işə yaramır. Odur ki, fars-molla rejiminin təmsilçiləri bilməlidirlər ki, bu yanlış siyasətdən bir an öncə əl çəkmək bütövlükdəı İranın bir dövlət kimi öz xeyrinə ola bilər. Əks təqdirdə isə İranı daha da pis durum gözləyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.