Press "Enter" to skip to content

2025-ci il dünya iqtisadiyyatı üçün yeni gərginliklər vəd edir

Vüqar Bayramov

Son yeniləmə: 7 Yanvar 2025 13:36

BAYRAQDAR MEDİA – “2025-ci il dünya iqtisadiyyatı üçün yeni gərginliklərlə daxil oldu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu gərginliyin ilkin əlaməti olaraq yeni ilin ilk günü, yanvarın 1-də Ukrayna tərəfindən atılan addımı qeyd etmək mümkündür.

Məlumat üçün bildirək ki, yanvarın 1-də səhər erkəndən Rusiya qazının Ukrayna üzərindən nəqli dayandırılıb. Xarici medianın məlkumatına əsasən, bu addım Rusiya üçün ciddi maliyyə utkisi deməkdir. Çünki 2019-cu ildə 5 illik müddətə imzalanan tranzit müqaviləsinə əsasən Rusiyadan Ukrayna ərazisi ilə ildə minimum 40 milyard kubmetr qaz nəql olunmalıydı. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra nəqlin həyata keçirildiyi iki xətdən biri ilə nəql dayandırılıb. Yanvarın 1-də isə digər, ikinci xətlə də nəql dayandırıldı. Yeri gəlmişkən, dayandırılan xətlə Rusiya tərədindən Avropaya ildə 15 milyard kubmetr qaz nəql olunurdu. Nəqlin dayanması ilə Moskva bu həcmdə qazın satış bazarını itirir.

Beləliklə, V.Bayramov bildirib ki, bu addım əvvəla, Rusiya iqtisadiyyatına belə deyək zərbə vurulması deməkdir: “Digər tərəfdən də bu, həmçinin Avropada təbii qazın qiymətinin birdən-birə məcburən qalxmasına səbəb olub. Bu isə təbii ki, Avropa üçün heç də ürəkaçan bir başlanğıç deyil”.
Vüqar Bayramovun sözlərinə görə, yeni ildə qlobal məkanda iqtisadi baxımdan gərginlik doğuracaq digər bir məqam isə ABŞ-la Çin arasında münasibətlərin daha da pisləşməsi ilə bağlıdır: “Bəlli olduğu kimi, Birləşmiş Ştatlar hazırda Çinin qlobal iqtisadi məkanda irəli getməsindən narahatdır. Bu isə öz növbəsindəı tərəflər arasında iqtisadi savaşın yeni mərhələsinə işarə edir. Daha doğrusu, yeni ildə biz ABŞ-la Çin arasında ticarət sahəsində savaşın daha da güclənməsini müşahiəd edə bilərik”.

Müsahibəmiz əlavə edib ki, 2025-ci il qlobal iqtisadi məlanda ziddiyətlrəin dərinləşməsi ili kimi yadda qalacaq: “Bütün sadalanlar fonunda 2025-ci il ümün qlobal iqtisadiyyatda gözlənti həm də ondan ibarətdir ki, il iqtisadi ziddiyyətlərin dərinləşməsi ili kimi yadda qalacaq. Bu da təbii ki, beynəlxalq valyuta bazarına, birjalara və iqtisadi sektorlara öz mənfi təsirini göstərəcək. Bir sözlə, 2025-ci il dünya iqtisadiyyatı üçün yeni gərginliklər vəd edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.