Son yeniləmə: 6 Yanvar 2025 12:44
Züleyha Karaman: 2025-ci il KKTC üçün gərgin bir il olacaq
BAYRAQDAR MEDİA – “Yeni ilin ilk günlərində siyasət meydanında baş verənlər onu deməyə əsas verir ki, 2025-ci il KKTC üçün gərgin bir il olacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) olan araşıdrmaçı-yazar Züleyha Karaman deyib.
Xatırladaq ki, yanvarın 4-də UBP-DP-YDP kolasiyasında hökumət ortaqlarından biri Yenidən Doğuş Partiyasının (YDP) genişləndirilmiş Partiya Məclisi (Yüksek İstişare Kurulu) fövqəladəı bir qərar qəbul edib. Həmin qərarda YDP-nin hökumətdən çəkilməsi tövsiyə edilir. Bu tövsiyə qərarı yaxın günlərdə partiyanın Məclisində geniş şəkildə müzakirə ediləcək. Bəs, məclis qərarı təsqdiqləyərsə, bu, KKTC siyasi həyatına necə təsir edə bilər?
Həmin sualı cavablandıran Z.Karaman deyib ki, bu qərar ümumi anlamda mövcud hökumətin buraxılması ilə nəticələnməyəcək: “Çünki YDP hökuməti tərk etsə belə, hökumətin parlamentdəki çoxluğu kritik sayı da olsa davam edir. Sadəcə olaraq bu zaman öncəki 3 partiyalı koalisiya öz fəaliyyətini 2 partiyalı (UBP-DP) koalisiya olaraq davam etdirəcək”.
Z.Karamanın sözlərinə görə, hazırda 50 mandatlı KKTC parlamentində mövcud hökumətin ayaqda qalması üçün lazım olan 26 səs var: “Hazırda 50 mandatlı KKTC parlamentində YDP-nin 2 deputaı var. Əgər YDP hökumətdən çəkilsə belə hökumətin parlamentdə 26 səsi qalacaq. Düzdür, 26 kritik rəqəmdir. Amma hökumətin təsdiqi üçün lazım olan 50+1 tələbi indiki halda təmin olunmuş kimi görünür”.
Müsahibimiz əlavə edib ki, hazırda parlamentdə hakim Ulusal Birlik Partiyası (UBP) 24, ana müxalifət Cümhuriyyət Türk Partiyası (CTP)18, hökumət ortağı Demokrat Partiyası (DP) 2, Yenidən Doğuş Partiyası (YDP) 2 millət vəkilinə malikdir. Eyni zamanda, parlamentdə 3 müstəqil millət vəkili var. Parlamentin bir üzvü tutduğu vəzifədən istefa verib.
Z.Karaman mövcud durumla bağlı başqa bir maraqlı məqama da diqqəti yönəldib: “Xatırladım ki, 2025-ci ilin oktyabrında KKTC-də növbəti prezident seçkiləri keçiriləcək. YDP sədri Erhan Arıklı prezident seçkilərində namizəd irəli sürəcəklərini, birinci turda qalibin müəyyən edilməyəcəyi təqdirdə ikinci turda iki dövlət həllini müdafiə edən namizədi dəstəkləyəcəyini açıqlamışdı”.
İlk şərhi yaza bilərsiniz