Press "Enter" to skip to content

Universitetdə yeni dönəm

Eskişehir Texniki Universiteti

Son yeniləmə: 6 Yanvar 2025 14:04

BAYRAQDAR MEDİA – Eskişehir Texniki Universiteti (ESTÜ) yanvarın 2-dən etibarən İki Eylül Kampusunun Əsas Yemək Salonunda qida istehsalına başlayaraq mühüm bir addım atıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata əsasən, bu yenilik təkcə tələbələrə və işçilərə verilən yeməklərin keyfiyyətini yaxşılaşdırmaq və sağlamlıq standartlarını yüksəltmək deyil, həm də qida istehsalı proseslərini köklü şəkildə yenidən təşkil etmək məqsədi daşıyır.

ESTU rektoru Prof. Dr. Adnan Özcan bu addımın universitetin daha davamlı, qənaətcil və sağlam qida xidməti təqdim etmək missiyasının bir hissəsi olduğunu bildirib.

O, “təxminən iki il əvvəl işimə başlayanda ən böyük arzularımdan biri istehsal etdiyimiz keyfiyyətli və sağlam yeməkləri tələbələrimizə və işçilərimizə təqdim etmək idi. Bu məqsədə uyğun olaraq Cumhurbaşkanlığı Strateji Bütçe Başkanlığı tərəfindən ayrılan büdcə hesabına daha bir arzumuzu reallaşdırdıq. Bu məqamda Cumhurbaşkanlığı Strateji Bütçe Başkanlığına minnətdarlığımızı bildirmək istəyirəm” deyib.

Məlumatda o da vurğulanıb ki, İki Eylül Kampusunda yerləşən Əsas Yeməkxana 307 stol və 1101 stul tutumuna malikdir və ümumilikdə 5 zaldan ibarətdir: “Bu zallardan biri işçilərə, digər dörd zal isə tələbələrə xidmət göstərir. Kafeteriya xidməti 52 nəfərlik personal tərəfindən həyata keçirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.