Son yeniləmə: 7 Yanvar 2025 00:43
BAYRAQDAR MEDİA – Bakı Avrasiya Universitetində (BAAU) “Yaxın Şərqdə geosiyasi vəziyyət” adlı simulyasiya konfransı təşkil olunub. Konfrans Gənclərin İnkişaf Platformasının (GİP), Gənc Politoloqlar Təşkilatının (GPT) və Tələbə Elmi Cəmiyyətinin (TEC), birgə təşkilatçılığı ilə müxtəlif universitetlərdən qatılan tələbələr üçün təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.
Bildirilib ki, “sözügedən konfransın əsas məqsədi, tələbə iştirakçıların beynəlxalq əlaqələr və geosiyasət sahəsində təcrübi biliklərini inkişaf etdirmək, həmçinin siyasi plartformalarda praktiki bacarıqlarını artırmaq olub. Konfrans Ümummilli lider Heydər Əliyevin, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidərin, həmçinin 2024-cü il dekabrın 25-də təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb”.
Məlumata görə, konfransı giriş sözü ilə Gənclərin İnkişaf Platformasının sədri Yusif Məmmədəli açaraq, iştirakçıları salamlayıb və konfransın gedişatına uğurlar arzulayıb: “Sonra söz Gənc Politoloqlar Təşkilatının sədri Elman Vəliyevə verilib. E.Vəliyev konfransın əhəmiyyətindən danışıb. O, gənclərin tələbəlik illərindən başlayaraq beynəlxalq əlaqələr və geosiyasət sahəsində təcrübi biliklərə yiyələnmələri və siyasi plartformalarda praktiki bacarıqlarını artırmaq üçün müxtəlif simulyasiya tədbirlərinin təşkilinin vacibliyini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb. BAAU TEC-in sədri Nərmin Nurullayevanın açılış nitqindən və salamlamasından sonra konfrans öz işinə başlayıb”.
Qeyd edilib ki, konfransda tələbələr müxtəlif dövlətləri simulativ təmsil edərək Orta Doğuda geosiyasi vəziyyət mövzusunda çıxışlar edib və yekun qətnamənin qəbulu üçün təkliflər veriblər. Konfrans maraqlı çıxışlar və müzakirələrlə davam edib.
Tədbir iştirakçılara aktiv iştiraklarına görə sertifikatlar təqdim etməklə və xatirə şəkili çəkdirməklə yekunlaşıb.
İlk şərhi yaza bilərsiniz