Press "Enter" to skip to content

Qazaxıstanda anlamlı mükafatlandırma

Qəzaya uğrayan təyyarənin bir hissəsi

Aktauda baş verən təyyarə qəzasından sonra köməklik göstərənlərə dövlət mükafatları təqdim edilib

BAYRAQDAR MEDİA – Yanvarın 5-də qardaş Qazaxıstanda anlamlı mükafatlandırma mərasimi keçirilib. Belə ki, 2024-cü il dekabrın 25-də Aktauda baş verən təyyarə qəzasından sonra kömək edənlərə mükafatlar verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Manqistau vilayətində keçirilən mərasimdə 19 nəfər orden və medallarla təltif edilib: “Onların arasında “Aibin” və “Kurmət” ordenləri ilə 7 nəfər, “İgidliyə görə” və “Əməkdə fərqlənməyə görə” medalları ilə isə 12 nəfər təltif olunub. Bundan başqa, 51 nəfər Prezident Qasım-Jomart Toqayevin adından təşəkkürnamə alıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau hava limanı yaxınlığında məcburi eniş zamanı qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı Qazaxıstan vətəndaşı olmaqla 38 nəfər həlak olub.

Mission News Theme by Compete Themes.