Press "Enter" to skip to content

Manisada möhtəşəm bayram təbdiri

Tədbir zamanı

Son yeniləmə: 6 Yanvar 2025 10:47

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə, Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyindən məlumat verilib.

Bildirilib ki, “Manisa Böyükşəhər Bələdiyyəsi və Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin birgə əməkdaşlığı ilə keçirilən tədbir dekabrın 25-də təyyarə qəzasında həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin dövlət himnləri oxunub”.

Gecədə çıxış edən Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül dərnəyin 21-ci ilini tamamladığını bildirib və 2021-ci ildən bu yana həyata keçirilən fəaliyyətlər haqqında məlumat verib.

Bu tədbirin 44-cü tədbiri olduğunu bildirən Ş.Hoşgül, “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən hər il dekabrın 31-də qeyd olunması elan edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram edilməsi Manisada artıq ənənə halını alıb. Bu il 4-cü dəfədir ki, keçiririk. Biz ortaq mədəniyyətimizi və dəyərlərimizi qorumaq və yaşatmaq üçün işimizi davam etdiririk” deyib.

Məlumata əsasən, gecədə “Buta Baku Music Group”la yanaşı, Bakıdan gəlmiş tarzən Məhbub Şüküroğlu Məmmədov da səhnəyə çıxıb: “Xoş anların yaşandığı gecədə Dance of Epics komandasının rəqs ifa qrupu və Perde Performing Arts Club-ın çıxışı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Sürpriz hədiyyələrin uduşlu oyunu ilə rəngarəng keçən gecədə tələbələr və qonaqlar əyləniblər”.

Qeyd edək ki, bayram tədbirində Manisada fəaliyyət gösətərən dövlət və özəl qurumların təmsilçiləri, həmçinin müxtəlif dərnək və partiya təmsilçiləri də qonaq qismində iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.