BAYRAQDAR MEDİA – Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycanlı fəallar Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına Azərbaycan dövlətinə dəstək mesajları yazılmış şəkil qoyublar.
Xəbəri “Azad İran” Telegram kanalı “Araz News”a istinadla yayımlayıb.
Xəbərə əsasən, səfirliyin qarşısına qoyulan gül buketinin üzərində “Biz Azərbaycanın özüyük! Dövlətimizin yanındayıq, Tehran!” yazılıb. Bu aksiya Güney Azərbaycanlı fəallar tərəfindən bir müddət əvvəl Ərdəbildə İran hökumətinin keçirdiyi təxribat xarakterli mərasimə cavab olaraq atılıb. Bu simvolik addım həssas regional vəziyyətdə olan Güney Azərbaycan sakinlərinin Azərbaycan dövləti və suverenliyi ilə həmrəylik və dəstək əlamətidir.
İlk şərhi yaza bilərsiniz