Press "Enter" to skip to content

Emomali Rahmon Türkiyə və Güney Afrikadakı səfirlərini dəyişib

İclas zamanı

BAYRAQDAR MEDİA – Tacikistan prezidenti Emoməli Rəhmon bir sıra dövlət qurumlarında kadr dəyişikliyi həyata keçirib.

Bu barədə asiaplustj.info saytı məlumat yayıb.

Bildirilib ki, “dövlət başçısının sərəncamı ilə Sodik İmomi ötən ilin avqustunda BƏƏ-yə səfir göndərilmiş Əşrəf Qulovu əvəz edərək Tacikistanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sodik İmomi hazırkı təyinatından əvvəl xarici işlər nazirinin müavini vəzifəsində çalışıb”.

Məlumata görə, prezident digər sərəncamla Tacikistanın Misirdəki səfiri Pərviz Murodali Mirzozodanı eyni zamanda Tacikistan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri təyin edib.

Mission News Theme by Compete Themes.