Press "Enter" to skip to content

Türk dili Lipyan-Yanovada rəsmi istifadə dilinə çevrildi

Enis Kervan

Son yeniləmə: 29 Dekabr 2024 06:53

BAYRAQDAR MEDİA – Kosovao Demokratik Türk Partiyası-KDTP millət vəkili Enis Kervanın daha əvvəl etdiyi müraciət öz nəticəsini verib.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, “Lipyan Bələdiyyə Məclisi yekdilliklə Türk dilini rəsmi istifadədə olan dil kimi təsdiqləyib. Millət vəkili Enis Kervan Facebook sosial media hesabında bu xoş xəbəri açıqlayıb”.

Millət vəkilinin paylaşımında deyilir: “Lipyan Bələdiyyə Şurası yekdilliklə Türk dilinin rəsmi istifadədə olan dil olmasına səs verib. KDTP Yanova Şöbəmizin sədri Skender Bikliç ilə əldə etdiyimiz bu uğur bütün xalqımıza, Yanovaya, Kosovaya və Türk Birliyinə xeyirli olsun”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.