BAYRAQDAR MEDİA – Dekabrın 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xatırladaq ki, sözügedən hadisə dekabrın 25-də, səhər saatlarında olub. Təyyarədə olan 62 sərnişin və 5 ekipaj üzvündən 35 sərnişin və 3 ekipaj üzvü həlak olub.
İlk şərhi yaza bilərsiniz