Press "Enter" to skip to content

İlginc təsadüf: Siyasi şərhçi əminliklə dedi, Vladimir Putin üzr istədi – VİDEO

Azər Həsrət və Mahir Rüstəmli

BAYRAQDAR MEDİA – Siyasi şərhçi Azər Həsrət dekabrın 28-də günorta efirində (saat 14-15 arası) Hürriyyət TV-nin qonağı olub. O, canlı yayımda aparıcı Mahir Rüstəmlinin suallarını cavablandırıb.

Suallar əsasən dekabrın 25-də Azərbaycan təyyarəsinin Çeçenistan üzərində vurulması və ondan doğan nəticələrlə bağlı olub.

Azər Həsrət bir daha qeyd edib ki, təyyarənin qəsdən və məqsədli şəkildə vurulduğuna inanır. O, həmçinin deyib ki, Rusiya bunu etiraf etməli olacaq.

Maraqlıdır ki, Azər Həsrət, “Azərbaycan dövləti mümkün vasitələrdən istifadə edərək Rusiyadan ən azı üzrxahlıq qopardacaq” deyə bildirib.

Ən maraqlısı isə odur ki, siyasi şərhçinin bu əminliyindən yarım saat sonra Kreml Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdiyi haqqında xəbər yayıb. Xəbərdə həm də bildirilib ki, V.Putin təyyarə olayına görə İ.Əliyevdən üzr istəyib.

Təcili! Rusiya Azərbaycandan üzr istədi

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.