Press "Enter" to skip to content

İddia geri götürülsün

İdman Jurnalistləri Assosiasiyasından “Sumqayıt” Futbol Klubunun prezidentinə çağırış

BAYRAQDAR MEDİA – Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında qaldırdığı iddianı qınayır.

Bu barədə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının yaydığı bəyanatda yer alıb.

AİJA –dan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə bəyanatda deyilir: “Jurnalistika cəmiyyətin əsas sahələrindən biri kimi hər hansı təzyiqdən uzaq tutulmalıdır. Təəssüflə qeyd edirik ki, yaranmış bu hal qanunvericilik və media prinsiplərindən kənara çıxmaqla bərabər, mediada fikir və söz azadlığına, jurnalistin müstəqilliyinə birbaşa müdaxilədir. İdman jurnalistləri Anar Səid (Sabanoğlu) və İxtiyar Əsgərov 30 ilə yaxın peşə fəaliyyətləri dövründə iddia olunan hala heç vaxt yol verməyib, əksinə, öz peşəkarlıqları ilə hər zaman Azərbaycan idman mediasının aparıcı və nüfuzlu simalarından olublar”.

“Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfləri aralarında yaranmış mübahisəni yeni il ərəfəsində qarşılıqlı anlaşma yolu ilə həll etməyə, cənab Rəfiyevi iddiasını geri götürməyə və idman jurnalistlərinin məhdudiyyətsiz işləyə biləcəyi mühiti təmin etməyə çağırır” deyə bəyanatda sonda qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.