Press "Enter" to skip to content

Gürcüstanın yeni Prezidenti and içib

Andiçmə mərasimi

BAYRAQDAR MEDİA – Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvili ölkə parlamentində and içərək vəzifəsinin icrasına başlayıb.

Paralel olaraq ölkənin fəaliyyətdə olan və müddəti dekabrın 29-da başa çatan Prezidenti Salome Zurabişvili Prezident Sarayını tərk edib.

Halbuki S.Zurabişvili bəyan etmişdi ki, o, vəzifəsindən əl çəkməyə hazırlaşmır.

Əlavə edək ki, 2018-ci ildə fəaliyyətə başlayan Salome Zurabişvili ölkəsinin deyil, daha çox əsl vətəni olan Fransanın maraqlarına xidmət edirdi. O, hətta Gürcüstanın Azərbaycanla münasibətlərini belə korlamağa çalışırdı. Amma Gürcüstan hökumətinin uyğun davranışları onun zərərli fəaliyyətinin genişlənməsinə imkan vermədi.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.