Press "Enter" to skip to content

Doğum şəhadətnaməsi ala bilməyən Güney Azərbaycanlı

BAYRAQDAR MEDİA – Qeydiyyat İdarəsi 5 aydır Əhər şəhərindən olan Turhan adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Xəbəri “Azad İran” Telegram kanalı “Günaz TV”yə istinadla yayımlayıb.

Xəbərə əsasən, Turhanın əmisi Hadi Rəhməti bu barədə “Balamın adı” kampaniyasına danışıb:

“Uşaq 2024-cü il mayın 25-də dünyaya gəlib və valideynləri ona Turhan adını seçiblər. Amma Əhərin Qeydiyyat İdarəsinin rəsmiləri ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini açıqladılar. Çünki Turhan türk adıdır və İranın ad seçimi siyasında yoxdur. Bu səbəbdən Turhanın ata-anası Qeydiyyat İdarəsinə şikayət edib. Məhkəmə iki dəfə iclas keçirərək bu ailənin əleyhinə qərar çıxarıb. İdarənin məsul şəxslərinin sözlərinə görə, əyalət rəhbərliyindən onlara deyiblər ki, bu ad məqbul deyil, başqa ad seçməlisiniz”.

Bildirilir ki, bu məsələlər üzündən Turhan 5 aydır ki, doğum haqqında şəhadətnaməsiz qalıb və valideynləri bu səbəbdən bir çox problemlərlə üzləşiblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.