Son yeniləmə: 29 Dekabr 2024 16:58
BAYRAQDAR MEDİA – Azərbaycanda qida sənayesinin əsas təminatçılarından olan “Azərsun Holdinq” bu bayramda da həssas qrupdan olan ailələri sevindirib.
“Azərsun Holdinq”-in məlumatında qeyd edilib ki, 30 ildən çoxdur ölkənin sosial-iqtisadi inkişafına böyük töhfə verən və xalqın rifahının yüksəlməsində mühüm rol oynayan şirkətlər qrupu bu il də ənənəsinə sadiq qalaraq 10 mindən çox ailələrə sovqat hədiyyə edib. Şirkət, milli-mənəvi dəyərlərə və sosial məsuliyyətə olan yüksək həssaslığı ilə cəmiyyətə xidmət etməyə xüsusi diqqət göstərir. Bu addım, aztəminatlı ailələrə həm maddi, həm də psixoloji dəstək verərək onların bayramı daha sevincli keçirmələrinə imkan yaradır.
Qeyd edilib ki, 1991-ci ildən fəaliyyət göstərərən holdinq ölkə iqtisadiyyatının inkişafına mühim töhfələr verir. Eyni zamanda ölkədə məşğulluq səviyyəsinin yüksəlməsində də vacib rol oynayır. “Azərsun Holdinq”in istehsal etdiyi qida və digər məhsullar yalnız Azərbaycanda deyil, həm də xarici bazarlarda yüksək qiymətləndirilir. Şirkətlər Qrupu tərəfinə məxsus brendlər dünyanın 40-dan artıq ölkəsinə “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ixrac edilir.
İlk şərhi yaza bilərsiniz