Press "Enter" to skip to content

Təcili! Rusiya Azərbaycandan üzr istədi

Moskva, Kreml

Son yeniləmə: 28 Dekabr 2024 17:26

BAYRAQDAR MEDİA – Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Xəbəri Kreml yayıb.

Bildirilir ki, tərəflər Azərbaycan Hava Yollarına aid təyyarənin dekabrın 25-də keçirdiyi qəza ilə bağlı müzakirə aparıblar.

Vladimir Putin faciəvi hadisənin onun ölkəsinin hava məkanında baş verməsindən dolayı üzrxahlıq edib və bir daha həlak olanların ailələrinə başsağlığını ifadə edib. O, həmçinin yaralıların tezliklə sağalmasını arzu etdiyini deyib.

Söhbət zamanı vurğulanıb ki, Azərbaycan təyyarəsi qrafik üzrə dəqiq hərəkət edib. Eyni zamanda əraziyə Ukrayna dronlarının hücumları olub, Rusiya Hava Müdafiə vasitələri hücumların qarşısını alırmış.

Qeyd olunub ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın müvafiq qurumlarının təmsilçiləri araşdırma ilə bağlı həm Qroznıda, həm də Aktauda birlikdə işləyirlər.

Əlavə edək ki, Azərbaycan təyyarəsinin Qroznı üzərində vurulması ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Məhz buna görə də Azərbaycan və onun dostları dekabrın 27-də #RusiyaÜzrİstəməlidir, #RussiaMustApologize həştəqli etiraz aksiyasına başlamışdı. Cəmi bir gün sonra bu kampaniya öz məqsədinə çatmış sayıla bilər.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident Vladimir Putinin üzrxahlığı həm də Prezident İlham Əliyevin prinsipiallığının nəticəsi kimi qiymətləndirilməlidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.