Son yeniləmə: 28 Dekabr 2024 08:09
BAYRAQDAR MEDİA – “Azərbaycanın Polşadakı Səfirliyindən verilən məlumata əsasən 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 2024-cü ilin 26-27 dekabr tarixlərində Səfirlikdə başsağlığı kitabı açılıb”.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, “26 dekabr tarixinin Azərbaycan Respublikası ərazisində matəm günü elan olunması ilə əlaqədar Səfirliyin inzibati ərazisindəki dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilib. Səfirlik Polşa dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatlara dekabrın 26-da və 27-də başsağlığı kitabının açılışması barədə rəsmi məlumat verib. Qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi “X” hesabından Azərbaycana başsağlığı verib”.
Məlumata görə, ölkədəki diplomatik korpusun təmsilçiləri başsağlığı kitabını imzalamaq üçün səfirliyə baş çəkiblər: “Azərbaycan və Polşa vətəndaşları isə Səfirliyin inzibati binasının kənarında yaradılmış əlavə guşəni ziyarət edərək həlak olanlara ehtiramlarını ifadə ediblər”.
İlk şərhi yaza bilərsiniz